Şəhid atasının müraciəti həll olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kəndində keçirilən səyyar qəbul görüşündə şəhid atası Faiq Əliyev müraciət edərək evinə gələn yararsız elektrik naqillərinin yenisi ilə əvəz olunmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Rayon Elektrik şəbəkəsi tərəfindən elektrik naqilləri 180 metr SİP-kabellə əvəzlənib.
Şəhid atası müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.