Şəhid anasının müraciətin həll olundu
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Dəmirçilər kəndində Birinci Qarabağ müharibəsi şəhidi Elbrus Rəhimovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə şəhidin anası Bahar Rəhimova xəstə olduğunu, eşitməkdə çətinlik çəkdiyini bildirib.
Rayon rəhbərinin tapşırığına əsasən Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin həkim briqadası rayon icra hakimiyyətinin əməkdaşları ilə birlikdə şəhid anası Bahar Rəhimovanı müayinə edərək lazımı köməklik göstəriblər.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.