Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciətin həll olundu

24 may 2024 | 12:16

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaynaq kəndində Birinci Qarabağ müharibəsi şəhidi Vüqar Ələkbərovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Şəhidin anası Səmayə Ələkbərova xəstə olduğunu, dərmanlarını almaqda çətinlik çəkdiyini bildirib.

İcra başçısının tapşırığına əsasən Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən rayon icra hakimiyyətinin əməkdaşının iştirakı ilə şəhid anasını müayinə etmək üçün həkim briqadası göndərilib. Səmayə Ələkbərova müayinə edildikdən sonra  müalicəsi üçün lazım olan dərmanlarla  təmin edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər