Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciəti təmin olundu

08 aprel 2026 | 09:58

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Əliyev Elməddinin anası Səadət Əliyeva müraciət edərək evinin yaxınlığında olan ağacın qurumuş budaqlarının evinə ziyan vurduğunu  bildirərək budanmasnı xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər şəhər Kommunal Təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən qeyd olunan ağacın budaqları budanaraq ərazidən götürülmüşdür.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər