Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciəti təmin olundu

22 iyul 2025 | 10:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon Səhlabad kənd sakini, Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun anası Gülnarə Salahova müraciət edərək həyətyanı sahəsinə hasar çəkmək üçün bir maşın qum verilməsini xahiş edib. Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən şəhid anasının həyətinə bir maşın qum göndərilərək müraciəti təmin olunub.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər