Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciəti təmin olundu

02 aprel 2026 | 09:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Qasımov Azərin anası Qasımova İsmira müraciət edərək yaşadıqları küçəyə şebel tökülərək hamarlanmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Buruc bələdiyyəsi tərəfindən şəhidin ailəsinin yaşadığı küçəyə şebel tökülərək hamarlanmışdır.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər