Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciəti təmin olundu

13 mart 2026 | 10:01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Tərtər şəhər sakini şəhid Rəhimli Bəxtiyarın anası Sevinc Əzizova müraciət edərək uçmuş hasarının qalıqlarının ərazidən təmizlənərək, yenidən hasar çəkilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər şəhər Kommunal Təsərrüfatı idarəsi tərəfindən hasarın qalıqları ərazidən təmizlənərək, yeni hasarın çəkilişinə balanmışdır.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər