Şəhid anasının müraciəti təmin olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər rayon Güləbatlı kənd sakini Birinci Qarabağ müharibəsi şəhidi Sarıyev Ərşad Sarı oğlunun anası Sarıyeva Şölə müraciət edərək həyətyani sahəsində olan qurumuş ağac budaqlarının təmizlənməsini xahiş etmişdir. Müraciət əsasında Buruc kənd İƏD üzrə nümayəndə və bələdiyyə tərəfindən şəhid ailəsinin həyətyani sahəsi qurmuş ağaclardan təmizlənərək səliqə səhmana salınmışdır.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






