Şəhid anasının müraciəti təmin edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Anar Hüseynovun anası Nəzakət Hüseynova müraciət edərək Səhlabad kəndində yaşadıqları küçəyə şebel verilərək hamarlanmasını xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Səhlabad kənd İƏD üzrə nümayəndə və Səhlabad bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailəsinin yaşadığı küçəyə şebel tökülərək hamarlanmışdır.
Şəhid anası ona göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






