Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anasının müraciəti həll olundu

02 avqust 2024 | 14:13

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulunda Dəmirçilər kənd sakini şəhid Elbrus Rəhimovun anası Rəhimova Bahar Hüseyin qızı müraciət edərək evinin təmir olunması üçün tikinti matrealları ilə köməklik olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşa evinin təmiri olunması üçün  4 kub qum, 80 ədəd azbest şifer və 5 ədəd pəncərə verilib.

Şəhid anası müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər