Şəhid anasının müracəti təmin edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısının Ələsgərli kəndində şəhid ailələri ilə keçirdiyi görüşü zamanı şəhid anası Laləzər Məmmədova Sarıcalı kəndində yaşadığı küçəyə çınqıl tökülərək hamarlanması ilə bağlı müraciət edib.
Müraciət əsasında rayon rəhbərinin tapşırığına əsasən Buruc bələdiyyəsi tərəfindən şəhid ailəsinin yaşadığı küçəyə çınqıl tökülərək hamarlanmışdır.
Şəhid anası müraciətinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






