Şəhid anası əlil arabası ilə təmin olunub
Noyabrın 21-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fəqan Zahid oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı şəhid anası Səmərqənd Hüseynova xəstə olduğu üçün əlil arabasına ehtiyacının olduğunu bildirib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən 1 ədəd əlil arabası alınaraq rayon icra hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvü Nəcəfov tərəfindən şəhid anasına təqdim edilib.
Şəhid anası ona göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.