Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müracitəi həll olundu

07 aprel 2025 | 10:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyətinın başçısı Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində birinci Qarabağ müharibəsi şəhidi İsax Rəhimovun ailəsini ziyarət edən zaman şəhidin anası Dürnisə Rəhimova və kənd sakini Svetlana Məmmədova  müraciət edərək evlərinin qarşısında qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Müraciət əsasında rayon rəhbərinin tapşırığına əsasən  Tərtər rayon Elektrik şəbəkəsinin əmakdaşları tərəfindən qeyd olunan elektrik dirəkləri və naqillər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

Vətəndaşlar müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər