Şəhid ailəsinin müraciəti təmin olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Təzəkənd kəndində şəhid Elman Mehdiyevin ailəsini ziyarəti zamanı şəhidin həyat yoldaşı Minarə Mehdiyeva müraciət edərək yaşadığı evin giriş hissəsinə qapının qoyulmasını xahiş edib.
Müraciət əsasında Tərtər rayon icra hakimiyyəti tərəfindən şəhidin yaşadığı evin giriş hissəsinə yeni qapı quraşıdırılmışdır.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






