Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin olundu

12 mart 2026 | 17:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində şəhid Həsənov Teyyub Mirzə oğlunun ailəsini ziyarət edən zaman şəhidin ailə üzvləri müraciət edərək yaşadıqları küçəyə çınqıl verilərək hamarlanmasını xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər bələdiyyəsinin köməkliyi ilə yola çınqıl verilərək hamarlanmışdır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər