Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin olundu

04 may 2026 | 10:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Kəngərli kəndində keçirilən səyyar qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Quluzadə Elminin atası Quliyev Şəmsi Əliqan oğlu müraciət edərək evinin elektrik xəttinin küçələrinə yeni  SİP kabellə çəkilmiş elektirik xəttinə qoşulmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektirik şəbəkəsinin əməkdaşları tərəfindən şəhidin ailəsinin yaşadığı evin elektrik xətti yeni çəkilmiş elektirik xəttinə birləşdirilmişdir.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər