Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin olundu

20 yanvar 2025 | 09:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyətində keçirilən qəbulda şəhid Vəli Abbasovun yoldaşı Sevda İsmayılova müraciət edərək qısa qapanma nəticəsində yanmış evinin təmir olunması üçün köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən şəhid ailəsinə 650 ədə mişar daşı, 20 kisə sement, 6 kub şebel və 6 kub qum verilmişdir. Əlavə olaraq bildiririk ki, fərdi yaşayış evi PAŞA Sığorta şirkəti tərəfindən sığorta olunduğu üçün vətəndaşa dəymiş ziyanı qarşılamaq üçün müvafiq köməklik olunacaq.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər