Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin olundu

31 mart 2025 | 10:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayon Səhlabad kənd sakini Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun anası Gülnarə Salahova müraciət edərək yanacaq üçün odunla təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən vətəndaşa 3 kub odun verilmişdir. Ümumilikdə şəhid anasının müraciətinə əsasən ona 16 kub odun verilmişdir.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər