Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin edilib

25 may 2026 | 10:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Birinci Qarabağ Müharibəsi şəhidi Şəldiyev Talıb Əli oğlunun yoldaşı Kəngərli kənd sakini Əliyeva Şahnaz Kərəm qızı müraciət edərək evinin qarşısınnan keçən suötürücü borunun yenisilə əvəz olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Qaradağlı bələdiyyəsi tərəfindən istfadəyə yararsız suötürücü boru yenisilə əvəz olunmuşdur.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər