Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin edilib

15 iyul 2026 | 10:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Elməddin Əliyevin ailəsini ziyarəti edən zaman şəhid anası Səadət Əliyeva müraciət edərək evinin dam örtüyünün alt hissəsi üçün taxta materialı ilə təmin olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən şəhid ailəsinə taxta materialı verilərək müraciəti qısa zamanda təmin edilmişdir.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər