Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin edilib

25 iyun 2026 | 08:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Mehdiyev Yasənin anası Vəfa Abbasova yolunun yararsız vəziyyətdə olduğunu, yağışlı havalarda hərəkətin çətinləşdiyini bildirərək  yola şebel verilməsilə bağlı müraciət  edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər bələdiyyəsi tərəfindən şəhidin ailəsinin yaşadığı küçəyə 1 kamaz şebel verilərək hamarlanmışdır.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər