Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin edilib

28 sentyabr 2026 | 15:26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Qaradağlı kəndində şəhid ailələrilə keçirilən  görüş zamanı Vətən Müharibəsi şəhidi Aslan Hüseynovun atası Malik Hüseynov müraciət edərək yararsız elektrik dirəyinin yenisilə əvəz olunmasını xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına əsasən Tərtər Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən yararsız elektrik dirəyi çıxardılaraq yenisilə əvəz olunmuşdur.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

 

Keçidlər