Şəhid ailəsinin müraciəti təmin edilib
04 iyul 2026 | 10:28
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir.
Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Hacallı kəndində keçirilən səyyar qəbul görüşü zamanı Vətən Müharibəsi şəhidi Sabirli Əjdərin atası Xanlar Sarıyev elektirik naqillərinə toxunan ağacların budanması ilə bağlı müraciət edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən elektrik naqillərinə toxunan ağaclar budanmışdır.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






