Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin müraciəti təmin edilib

12 avqust 2026 | 15:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul zamanı Birinci Qarabağ Müharibəsi şəhidi Ağayev Mənsur Ələkbər oğlunun anası, Səhləbad kənd sakini Ağayeva Qəmizə Göyüş qızı müraciət edərək evinin həyətində olan hamamın tikitisi üçün köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən vətəndaşa tikinti işlərinin aparılması üçün tələb olunan sement, azbest şifer və taxta materialları verilərək müvafiq köməklik göstərilmişdir.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər