Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsi tərəfindən edilən müraciət öz müsbət həllini tapıb

30 may 2024 | 11:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər rayonun Kəngərli kəndindən şəhid Abbaszadə Eminin atası Faiq Abbasov müraciət edərək evinin köhnəlmiş dam örtüyünün yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq şəhid ailəsinə evin dam örtüyünün dəyişdirilməsi üçün 100 ədəd azbest şifer verilmişdir.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər