Şəhid ailəsi tərəfindən edilən müraciət öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Rayon rəhbərinin növbəti vətəndaş qəbulunda şəhid Səfərov Cavid Rövşən oğlunun anası, Tərtər rayon Seydimli kənd sakini Bayramova Günel Şahvələd qızı müraciət edərək güclü küləyin əsməsi nəticəsində aşmış hasarının təmir olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq şəhid ailəsinin hasarına dəymiş ziyan aradan qaldırılmışdır.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.