“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhəri ərazisində gül və çiçək kolları əkilib
11 may 2026 | 10:41
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində, həmçinin 14 may 2026-cı il tarixdə Tərtər şəhərindən start götürəcək “Bakı–Xankəndi” velosiped yürüşünün 5-ci mərhələsi ilə əlaqədar Tərtər rayonu ərazisində genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir.
Tədbirlərin davamı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında və Nizami küçəsində 1524 ədəd müxtəlif növ gül və çiçək kolları əkilib.
Görülən bu işlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhəri ərazisində estetik görünüşün yenilənməsinə və yaşıllıqların artırılmasına xidmət edir.






