“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər-Bərdə avtomobil yolunun kənarında quraşdırılan qanunsuz tikililər aşkarlanaraq sökülüb
Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.
Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər –Bərdə avtomobil yolunun kənarlarında bələdiyyəyə və dövlətə məxsus torpaq sahələrində qanunsuz tikililər aşkarlanıb.
Qanunsuz quraşdırılan tikililər aidiyyəti qurumuların əməkdaşlarının iştirakı ilə sökülərək ərazidən götürülüb.
Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.






