Şriftin ölçüsü :

Saytın rəngi :

Sarov kənd sakinlərinin müraciəti öz müsbət həllini tapıb

25 aprel 2025 | 10:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Sarov  kənd sakinləri müraciət edərək kəndin ərazisində olan köhnə 100 kilovatlıq transformatorun yenisilə əvəz olunmasına köməklik göstərilməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Azərişiq ASC-nin Tərtər elektrik şəbəkəsi  tərəfindən həmin transformator yenisilə əvəz olunmuşdur.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər