Sarıcalı kəndi ərazisində təmizlik aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Buruc bələdiyyəsinin təşkilatçılığı ilə Tərtər rayonunun Sarıcalı kəndi ərazisində təmizlik aksiyası keçirilib.
İməclik aksiyası çərçivəsində ətraf mühitin mühafizəsi və sanitariya vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri aparılıb.
Aksiya zamanı ərazi məişət tullantılarından, qurumuş yarpaq və budaqlardan təmizlənib, toplanmış tullantılar xüsusi qaydada daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin alaq otları biçilib, ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.






