Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıcalı kənd sakinlərinin müraciəti həll olunub

08 aprel 2026 | 11:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Sarıcalı kənd sakinləri müraciət edərək yağan aramsız yağışlar nəticəsində həyətyani sahələrinin su altında qaldığın bildirərək arxlarının lildən təmizlənməsini xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Buruc bələdiyyəsi və Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən xüsusi texnika vasitəsilə qeyd olunan arxlar lildən təmizlənərək suyun çəkilməsi təmin edilib.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər