Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciətləri operativ surətdə həll olundu

12 sentyabr 2022 | 12:29

08 sentyabr 2022-ci il tarixdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Sarıcalı kəndində keçirilən səyyar qəbul-görüşü zamanı sakinlər məktəbə gedən yolun təmiri, kəndə stasionar telefon və internet xəttinin çəkilməsi, elektrik transformatorunun təmir olunması ilə bağlı müraciət ediblər.

Bununla bağlı rayon rəhbəri əlaqədar qurumlara göstəriş verib, vətəndaşların müraciətləri operativ surətdə yerində həll olunub.

Məktəbə gedən yola çınqıl tökülərək hamarlanıb, yolun kənarları qaydaya salınıb.

Rayon Elektrik Şəbəkəsi tərəfindən 160 KVA transformatorda carı təmir işləri aparılıb. 0,4 klovatlıq açarlar, keçid izolyatorları yenisi ilə əvəz olunub, dayaq izolyatorları quraşdırılıb, transformatorun qapıları təmir-bərpa olunub, 0,4 klovatlıq çıxış kabeli 4x50 nay kabeli ilə dayağa verilib, 10 klovatlıq giriş naqilləri dəyişdirilib, transformator rənglənib.

Aztelekom MMC-nin Mərkəzi Aran Regional Filialının Tərtər Rayon Şöbəsinin müdiri Cavid Əliyev vətəndaşların müraciətləri ilə bağlı kənd sakinləri ilə görüşüb, onlara məlumat verərək bildirib ki, Yuxarı Sarıcalı kəndi də daxil olmaqla Düyərli, Ələsgərli, Yenikənd, Bayandur, Səhləbad, Əskipara  kəndlərinə də telefon və internet xəttinin çəkilməsi üçün artıq layihə hazırdır, şəhər mərkəzində işlər başa çatdıqdan sonra adları qeyd olunan yaşayış məntəqələri də ilin sonundək telefon və internet xətti ilə təmin ediləcəklər.

Yuxarı Sarıcalı kənd sakinləri müraciətlərinin qısa müddətdə həll olunmasından razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər