Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciəti öz həllini tapıb

23 aprel 2026 | 10:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirilən növbəti qəbul görüşü zamanı Tərtər şəhər Teymur Rəhimov və Elman Hüseynov küçəsinin sakinləri müraciət edərək yaşadıqları küçədə işıq dirəklərində yanmış lampaların yenisilə əvəz olunmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən Tərtər şəhəri Teymur Rəhimov və Elman Hüseynov küçələrində yanmış lampalar yenisilə əvəz olunaraq gecə işıqlandırılması bərpa edilmişdir.

Sakinlər müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər