Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat üzrə rayon turnirinin qalibləri təltif olunub

07 may 2025 | 17:55

May ayının 6-da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turnirinin qaliblərinə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin təltiflərini təqdim edib.

Müxtəlif yaş qrupları üzrə Cavidan Rzayev, Sultan Cavidan, Tahir Tahirli, Ramin İsazadə birinci yerə çıxdıqları üçün  fəxri fərman və medalla təltif olunublar.

2 və 3-cü yerlərə layiq görülən şahmatçılara isə fəxri fərman təqdim olunub.

Keçidlər