Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin" Hərbi İdman oyununun rayon mərhələsi keçirilib

06 aprel 2024 | 09:28

5 aprel 2024- cü il tarixdə Tərtər Olimpiya İdman Komleksində "Şahin" hərbi - idman oyununun rayon mərhələsi keçirilib. Yarışda rayonun 10 tam orta məktəbinin X sinif şagirdlərindən ibarət şahinlər komandaları iştirak edib.

Oyun başlamazdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışın qalib komandaları müxtəlif mərhələlər üzrə toplanan xalların cəminə uyğun olaraq aşağıdakı kimi müəyyən edilib.

I yer - Seydimli kənd tam orta məktəbin komandası

II yer - Ələsgərli kənd tam orta məktəbin komandası

III - yer Şəhər 5 nömrəli tam orta məktəbin komandası

III - yer Şəhər 2 nömrəli məktəb - liseyin komandası

I yerin qalibi Seydimli kənd tam orta məktəbin "Şahinlər" komandası zona mərhələsində iştirak üçün vəsiqə qazanıb.

Keçidlər