Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin" hərbi- idman oyunu üzrə Tərtər rayon birinciliyi keçirilib.

06 may 2026 | 15:24
 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq 5 may 2026-cı il tarixində Tərtər Olimpiya İdman Kompleksində Tərtər rayonu üzrə gənclər və idman sektorunun və Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Şahin" hərbi-idman oyunu üzrə Tərtər rayon birinciliyi keçirilib.
 
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Tədbirdə FHN-nin Qarabağ Regional Mərkəzi və SHXÇDX-nin Tərtər rayon şöbəsinin əməkdaşları iştirak etmişdir.
Tədbirin açılış mərasimində Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov və adı çəkilən təşkilatların nümayəndələri çıxış edərək "Şahin" hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətini, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük təsiri olduğunu qeyd edərək yarışın iştirakçılarına uğurlar arzulamışdılar.
Qeyd edək ki, birincilikdə Tərtər rayonu üzrə ümumtəhsil məktəblərindən 18 komanda olmaqla ümumilikdə 252 nəfər şagird qalibiyyət uğrunda mübarizə aparmışdır.
 
Yekun nəticəyə əsasən:
I yer Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd tam orta məktəbin komandası
II yer İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin komandası,
III yer Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin komandası.
Yarışda birinci yeri qazanmış komanda "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsində Tərtər rayonunu təmsil edəcək.
Keçidlər