Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam həyat tərzi ilə baglı monitorinqi aparılıb

11 iyun 2026 | 14:48

Tərtər Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin birgə təşkilatçılığı ilə əhalinin yaş kateqoriyaları,sosial-iqtisadi və gender amillərinə uyğun olaraq,saglam həyat tərzi və davranış risk amilləri ilə baglı mövcud vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı iştirakçılar arasında sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma, gündəlik həyat tərzi və profilaktik tibbi müayinələrə münasibətlə bağlı sorğular aparılıb. Eyni zamanda sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsi və səmərəliliyi qiymətləndirilib. Bildirilib ki, monitorinqin məqsədi qadın və kişilər arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması istiqamətində mövcud vəziyyəti müəyyənləşdirmək, davranış risk amillərini təhlil etmək və gələcək fəaliyyət istiqamətlərini müəyyən etməkdir. Monitorinqin nəticələrinə əsasən müvafiq təkliflər hazırlanacaq, əhali arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

Keçidlər