Şriftin ölçüsü :

Saytın rəngi :

Regionlarda psixoloqların rolunun gücləndirilməsinə dəstək verilir

20 may 2022 | 17:58

     “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində  psixoloqlarıinn rolunu gücləndirməkdən ibarətdir.

         Layihə çərçivəsində  Tərtər rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Tərtər rayonunda psixoloqlar üçün seminar həyata keçirilmişdir. Seminarı Tərtər rayon  icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədli Rəqsanə açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.

          “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri  Zaur Quliyev çıxış edərək layihənin məqsəd və  vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır. Layihə rəhbəri  tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə  dövründə psixoloqların üzərinə də ciddi və  məsuliyyətli bir vəzifənin düşdüyünü bildirmişdir.

      Digər çıxış edənlər Qarabağ regional Təhsil Şöbəsinin metodisti  Gülxar Abbasova, Sosial Xidmətlər Agenliyinin Qarabağ  regional filialının əməkdaşı Fazil Abbasov layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində  həyata keçirilməsinin vacibliyini vurğulamış, seminara uğurlar arzulamışlar.   

      Layihə üzrə ekspert, psixologiya üzrə  fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda  postmüharibə  dövründə  uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində  müharibənin acı  nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və  gərginlik fonunda  uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, şəhid və  qazı övladlarına göstərilən psixoloji xidmətlər  və  uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və  uşaq birliyinin rolu məsələləri mövzusunda təqdimatlar etmiş və  mövzu ətrafında müzakirələr aparılmışdır.

        Layihənin davamlılığı olaraq, layihə ekspertinin mentor dəstəyi ilə seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və  fəaliyyət göstərdiyi  icmada “1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir və  psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur.

     Seminar iştirakçıları olan psixoloqlar  vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər. 

        Sonda iştirakçılara sertifikatlar təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir

Keçidlər