Rəcəbli kənd sakinlərinin müraciətləri həll olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Rəcəbli kənd sakinləri müraciət edərək Rəcəbli və Kovdadıq kəndlərini birləşdirən yolda su ötürücü borunun yararsız vəziyyətə düşməsi səbəbindən su arxı daşaraq avtomobillərin hərəkətinə maneə törətdiyi üçün həmin borunun yenisilə əvəz olunmasını xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin əməkdaşları tərəfindən yararsız vəziyyətdə olan boru çıxardılaraq yenisilə əvəz olunmuşdur.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.