Rayonun umumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “ Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər keçirilir. Həmin Tədbirlər Planına əsasən fevral ayının 6-da rayon icra kakimiyyətinin və rayon təhsil sektorunun təşkilatçılığı ilə Tərtər Şəhər Uşaq ,Gənclər , Şahmat İdman Məktəbində rayonun umumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “ Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri tayon təhsil sektorunun müdiri Oktay Sarıkişiyev açaraq inşa yazı müsabiqəsinin keçirilməsinin məqsədi barədə məlumat verib.Ulu Öndərin gəncləri Azərbaycanın gələcəyi adlandırdığını bildirərək,Ulu Öndərin həyat və fəaliyyəti,onun müstəqil Azərbaycanın yaradıcısı olduğu, Azərbaycan təhsilinin inkişafına,gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra rayon Təhsil sektorunun metodisti Kifayət Mürsəlova müsabiqə iştirakçılarına mövzu haqqında məlumat verib.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev məktəblilərə müsabiqədə uğurlar arzulayıb.
İnşa yazı müsabiqəsində 35 nəfər yuxarı sinif şagirdi iştirak edib. Məktəblilərə inşa yazini yazmaq üçün 90 dəqiqə vaxt ayrılıb.
Yaxın günlərdə müsabiqənin qalibləri elan ediləcək.