Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib

08 fevral 2023 | 17:08

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər keçirilir. Həmin Tədbirlər Planına əsasən  fevral ayının 8-də rayon icra kakimiyyətinin, YAP rayon təşkilatının və rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Gənclər və İdman İdarəsinin inzibati binasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında  rəsm müsabiqəsi keçirilib.

Tədbiri YAP rayon təşkilatının sədri Eldar Əsədov açaraq  rəsm müsabiqəsinin keçirilməsinin məqsədi barədə məlumat verib, Ulu Öndərin uşaq və gənclərə, Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

 Rəsm müsabiqəsinə məktəblilərin çəkdiyi  36  rəsm təqdim olunub.

Rayonunun Güləbatlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sarıyeva Könül Natiq qızı I yerə, Əskipara kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Salmanzadə İlkin Əlövsət oğlu II yerə, Səhləbad kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Babayev Yusif İlham oğlu III yerə layiq görülüblər. Qaliblərə YAP Tərtər Rayon Təşkilatı tərəfindən Təşəkkürnamə təqdim olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli və rayon Təhsil Sektorunun metodisti Kifayət Mürsəlova da iştirak edib.

Keçidlər