Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib

02 iyun 2025 | 19:08

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə  “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, Qərbi Azərbaycan əsilli şəxslərin siyahısının dəqiqləşdirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambığın becərilməsi və barama qurdlarının bəslənilməsi vəziyyəti, arpa və buğda biçininə hazırlıq, rayon ərazisində il ərzində ağacəkmə işlərinin mütamadi olaraq aparılması, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin görülməsi, kənd təsərüfatının siyahıya alınmasının keçirilməsinin təşkili və Qurban bayramına hazırlıq məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər ətrafında YAP rayon təşkilatının sədri Eldar Əsədov, başçısının birinci müavini Elvin Umudov, başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev çıxış ediblər.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər