Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib

26 may 2025 | 10:12

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları və İƏD üzrə nümayəndələr iştirak ediblər.

Müşavirədə  “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, Qərbi Azərbaycan əsilli şəxslərin siyahısının dəqiqləşdirilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambıq səpininin vəziyyəti, barama qurdlarının bəslənilməsi vəziyyəti, rayon ərazisində il ərzində ağacəkmə işlərinin mütamadi olaraq aparılması, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin görülməsi məsələləri müzakirə olunub.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

Keçidlər