Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin sədrliyi ilə növbəti aparat müşavirəsi keçirilib

04 may 2023 | 20:08

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Müşavirədə rayon rəhbəri tərəfindən aidiyyəti qrumların rəhbərlərinə Heydər Əliyev ili ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 10 may 2023-cü il tarixdə keçiriləcək ümumrayon tədbirinin və konsert proqramının təşkil edilməsi, idarə müəssisə və təşkilatlarda Ulu Öndərlə bağlı tədbirlərin il ərzində davam etdirilməsi barədə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Həmçinin müşavirədə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının yerinə yetirilməsi, icra nümayəndələri tərəfindən "ev təsərrüfatlarının uçotu sistemi”nə işlənmiş məlumatlarda dürüstləşmə işlərinin aparılması, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən əhali arasında əmlaklarının sğortalanması istiqamətində marifləndirmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, əkin sahələrinin suvarılma suyuna olan təlabatının növbəlilik əsasında təşkil olunması, aqrar sahədə aparılan mövsümi işlər-pambıqın becərilməsi, ipəkqurdunun yetişdirilməsi, taxıl biçininə hazırlıq və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri də müzakirə olunub.

Keçidlər