Rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon rəhbəri Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq ediməsi haqqında 28 noyabr 2022-ci il tarixli sərəncamlarının icrası ilə Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planının təsdiq olunduğunu,”Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilmiş və keçiriləcək tədbirlər barədə məlumat verib, idarə, müəssisə və təşkilatlarda Ulu Öndərlə bağlı tədbirlərin il ərzində davam etdiriləcəyini bildirib.
Sonra Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrasının təmin edilməsi, icra nümayəndələri tərəfindən "ev təsərrüfatlarının uçotu sistemi”nə işlənmiş məlumatlarda dürüstləşmə işlərinin aparılması, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, vətəndaş müraciətlərinin Rəqəmsal İcra Hakimiyyəti Portalı vasitəsilə etmələri barədə maarifləndirmə işinin aparılması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, içməli sudan qənaətlə istifadə olunması və əkin sahələrinin suvarılma suyuna olan təlabatının növbəlilik əsasında təşkili, aqrar sahədə aparılan mövsümi işlər-pambığın becərilməsi, kümçülər tərəfindən istehsal olunmuş baramanın təhvil verilməsi, taxıl biçininə hazırlıq və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə, şəhid abidələrinin ətrafında təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, Tərtər DAİM-in direktoru Mehman Babayev, “MKT İK” MMC-nin Tərtər Filialının müdiri Feruz Hacıyev, “Azərpambıq” MMC-nin Tərtər filialının baş aqranomu Elxan Quluyev çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib, işində nöqsanlara yol vermiş inzibati ərazi üzrə nümayəndələrə xəbərdarlıq edilib.