Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin qəbulu zamanı şəhid ailəsinin qaldırdığı məsələ öz həllini tapıb

03 sentyabr 2025 | 14:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi qəbul zamanı şəhid bacısı Şəfiqə Məmmədova Tərtər şəhəri, Vüqar Həsənov küçəsində şəhəid ailəsi üçün tikilmiş fərdi yaşayış evinin altından keçən kanalizasiya xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

Müraciət əsasında Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Tərtər şəhəri Vüqar Həsənov küçəsində yerləşən həmin ərazidə L=60 metr məsafədə yeni kanalizasiya xətti inşa edilərək kanalizasiya xəttinin yeri dəyişdirilmiş və şəhid bacısı Şəfiqə Məmmədovanın müraciəti təmin olunmuşdur.

Şəhid bacısı Şəfiqə Məmmədova müraciətinin həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər