Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

05 yanvar 2026 | 09:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Qazyan kənd sakini Alış Cəfərov müraciət edərək qəbristanlığa gedən yolun kənarına atılan məişət tullantılarının təmizlənməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Qaraağacı bələdiyyəsi və Yuxarı Qapanlı kənd İƏD tərəfindən qeyd olunan ərazi xüsusi texnika vasitəsilə məişət tullantılarından təmizlənib ərazi səliqə səhmana salınıb.

Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər