Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin qəbul-görüşü zamanı edilən növbəti müraciət öz müsbət həllini tapıb

15 iyun 2024 | 11:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Bala Kəngərli kənd sakini Quluzadə Orxan Nofəl oğlu  müraciət edərək evinin yaxınlığından keçən suvarma arxının dolduğu üçün suyun daşaraq evinə və həyətyani sahəsinə ziyan vurduğunu bildirib, suvarma arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Suvarma Sistemləri İdarəsinin xüsusi texnikası vasitəsilə vətəndaşın evinin yaxınlığından keçən suvarma arxı 120 metr məsafədə təmizlənib.

Orxan Quluzadə müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər