Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin keçirilən növbəti qəbul-görüşü zamanı qaldırılan məsələ öz həllini tapıb

21 yanvar 2026 | 12:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Kəlbəcər rayon sakinləri müvəqqəti olaraq Ağdərə rayonunun Həsənqaya kəndində məskunlaşan Həsənov Sənan Aqil oğlu və Həsənova Bulud Nəriman qızı müraciət edərək yanacaq üçün odunla təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər. Müraciət əsasında rayon icra hakimiyyəti tərəfindən vətəndaşların hər birinə 4 kub odun verilmişdir. 

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər