Rayon rəhbərinin Bala Kəngərli kəndində keçirilən səyyar qəbul- görüşü zamanı qaldırılan növbəti məsələ də öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Bala Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşü zamanı kənd sakini İlham Mustafayev müraciət edərək Cəmilli kəndində 1 ədəd və Bala Kəngərli kəndində 1 ədəd elektrik transformatorunun yağının dəyişdirlməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Rayon Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən qeyd olunan elektirik transformatorlarının yağı dəyişdirilib.
Kənd sakinləri müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






